Çərşənbə , Aprel 24 2024
azfa

İstanbulda Xocalı soyqırımı keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, XX əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İstanbulda Yesevi Alperenler Ocağında “Türkə qarşı soyqırımı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek tarix boyu ermənilərin türk millətinə və Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri ardıcıl və düşünülmüş soyqırımı siyasəti, həmçinin Xocalı faciəsi barədə iştirakçılara məlumat verib.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya güclü hücum edib, şəhərdə yaşayış evləri dağıdılaraq yandırılıb və təqribən 2500 nəfər köməksiz Xocalı sakini şəhəri tərk edib. Lakin onlar azərbaycanlı-türk qanına susamış silahlı erməni quldurları ilə üz-üzə gəliblər. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər erməni vandalları tərəfindən misli görünməmiş amansızlıqla qətlə yetirilib. Bir gecənin içində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. O gecə 1275 sakin əsir götürülüb, 150 nəfər itkin düşüb. Biz Xocalı faciəsini və soydaşlarımıza qarşı törədilmiş bu kimi soyqırımlarını unutmamalıyıq.

Çıxışında fevralın 26-da Xocalı soyqırımı ilə bağlı Bakıda keçirilən ümumrespublika yürüşü barədə danışan professor AZƏRTAC-ın məlumatına istinadən bildirib ki, yürüşdə 50 mindən çox insan iştirak edib. Yürüşdən fotoşəkillər nümayiş etdirən İ.Öztek qeyd edib ki, bu birlik həm Azərbaycan xalqının Dağlıq Qarabağ probleminə olan qətiyyətli mövqeyi, həm də xalqla iqtidarın həmrəyliyinin göstəricisidir.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın