Xoy xanlığı

GADTB: Urmiya xanlığı zəiflədikdən sonra Azərbaycanın cənub xanlıqları arasında Xoy xanlığı gücləndi. Xanlığın əsasını dünbuli tayfa başçıları qoymuşdu. Daha dəqiq desək, xanlığın banisi olaraq Dünbuli Əhmədin adını çəkirlər. Dünbuli Əhməd xan XVIII əsrin 60-cı illərində Təbrizdə də möhkəmlənmişdi. Xanlıq gücləndikdən sonra İrəvan, Naxçıvan və Qaradağ xanlığını da özünə tabe etmişdi.  Qarabağ xanlığı ilə müttəfiqlik isə hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir göstərdi. Hətta Əhməd xan 1782-ci ildə Qarabağ hakimi İbrahimxəlil xanla birlikdə Qaradağ xanlığına qoşun yeridərək onun ərazisini öz aralarında bölüşdürmüşdülər.

Əhməd xanın hakimiyyəti dövründə qonşu xanlıqlar və Kartli – Kaxetiya çarlığı ilə diplomatik əlaqələr qurulmuşdu. Təbriz xanlığı ilə də münasibətlər dinc xarakter daşıyırdı və daha yüksək səviyyədə idi. Bu münasibətin arxasında isə Urmiya xanlığını tabe etmək cəhdləri dayanırdı. Xoy xanlığı ilə Kərim xan Zəndin zərbələrindən sonra dirçəlməyə başlayan Urmiya xanlığı arasında ziddiyyət var idi. 1783-cü ildə Təbriz xanlığında döyüşdə Urmiya və Sərab xanlıqlarının birləşmiş qüvvələrini məğlubiyyətə uğratdıqdan sonra Xoy xanlığının nüfuzu daha da güclənmişdi.

Kərim xan Zənd Xoy xanlığının güclənməsindən narahat olub, Əhməd xanı sarsıtmaq üçün tədbirlər görməyə başladı. Bu məqsədlə onun qardaşı Şahbaz xanın oğlanlarını əmilərinə qarşı mübarizəyə hazırlayırdı. Kərim xan Zəndin səpdiyi düşmənçilik toxumu onun ölümündən sonra belə özünü göstərdi. Şahbaz xanın oğlanları Əhməd xana qəsd edib, onu öldürdülər. Qəsdçilər hakimiyyəti ələ keçirməyə nail ola bilmədilər. Cəfərqulu xan Xoylu xilas ola bildi, onları cəzalandırdı və qardaşı Hüseynqulu xanı azad edərək hakimiyyətə gətirdi.

Xoy xanlığı yaranmış vəziyyətdə əvvəlki mövqeyini itirdi. İrəvan xanlığı müstəqillik əldə etdi. İrəvan və Qaradağ xanlığı yalnız Qarabağdan asılı oldu. Təbriz də əldən çıxdı. Xanlıqlar arasında yeni çəkişmələr başlandı.

Xoy xanlığı Qacarlardan asılı vəziyyətə düşdü, sonra xanlığa son qoyuldu.

 

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın