Cümə axşamı , Oktyabr 1 2026
azfa

Gənc azərbaycanlı şair Məhsa Əbdüləlizadə vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda gənc azərbaycanlı şair Məhsa Əbdüləlizadə vəfat edib.

Güney Azərbaycanın Xiyov bölgəsindən olan gənc şair Məhsa Əbdüləlizadə qazdan zəhərlənmə səbəbindən bir neçə ay komada qaldıqdan sonra mart ayının 26-da dünyasını dəyişib.

1990-ci ildə doğulan azərbaycanlı şair 2001-ci ildən şeir yazır və xüsusilə Meşginşəhrdə fəaliyyət göstərən «Bulaq ədəbi əncüməni» çərçivəsində ədəbi fəaliyyətini davam etdirirdi.

Ruhu şad olsun.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Bir cavab yazın