İran adlanan ölkə hər vasitə ilə terrorçu kürdləri Türkiyəyə qarşı dəstəkləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim hər vasitə ilə terrorçu kürdləri Türkiyəyə qarşı dəstəkləyir.

İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmətullah Fəlahətpişə deyib ki, kürd problemi hərbi yolla həll edilə bilməyəcək, onlara qarşı əməliyyatın yalnız zərəri olacaq.

“Hər bir halda bütün ölkələr bu problemin strateji yollarla həll edilməsini gözləyir, bu səbəbdən məsələ daha yaxşı bir üsulla həll olunmalıdır”, – Fəlahətpişə bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın kürd qüvvələrini geri çəkməyəcəyi təqdirdə Fəratın şərqində və Menbiçdə terrorçu PYD/YPG-yə qarşı hərbi əməliyyat başlamağa hazır olduğunu bildirmişdi.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın