Cümə axşamı , May 2 2024
azfa

İrqçi fars rejim türkmənləri Səhənd stadionuna milli geyimle buraxmayıb

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Türkmənistandan Təbrizə gəlmiş türkmənləri Səhənd stadionuna milli geyimle buraxmayıb.

Türkmənsəhra bölgəsindən türkmənlər Traxtur komandasını alqışlamaq və türklərin birliyini nümayiş etmək məqsədilə çox sayda türkmən Təbrizə gəlmişdi. Onlar öz milli geyimində stadiona daxil olmağa çalışıb. Lakin irqçi fars rejim onlara stadiona milli geyimdə daxil olmağa icazə verməyib və türkmənlər geyimlərini dəyişərək stadiona daxil olmağa məcbur olublar.

Oxşar hadisə ötən il payızın birinci ayında səhənd stadionunda baş vermişdir. Traxturla Əhvazın Fulad komandasının görüşündə 3 Qaşqay türkü milli geyimi ilə stadiona buraxılmamışdır. Bir neçə ay əvvəl isə Traxturla “Maşınsazi” oyununda səhənd stadionuna daxil olmaq üçün Azərbaycanın milli geyimində olan 3 Traxtur tərəfdarına qadağa qoyulmuşdur.

Həmçinin yoxlayın

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Bir cavab yazın