Cümə , Oktyabr 2 2026
azfa

Avropa İttifaqı Ruhaninin nüvə sazişindən çıxma bəyanatına sərt reaksiya verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı Ruhaninin nüvə sazişindən çıxma bəyanatına sərt reaksiya verdi.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Almaniyanın xarici işlər naziri Heiko Maas, Böyük Britaniyanın XİN rəhbəri Ceremi Hunt və Fransanın xarici işlər naziri Jan-İves Le Drianın irqçi fars rejimin prezidenti Həsən Ruhaninin mayın 8-də açıqladığı qərarla bağlı birgə bəyanat yayıb.

Bəyanatda deyilir: “İranın Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəlikləri ilə bağlı dünən etdiyi açıqlamadan daha çox narahat olduğumuzu qeyd edirik. İrana nüvə müqaviləsinin öhdəliklərini yerinə yetirməkdə davam etməyə və gərginliyi artırmaqdan çəkinməyə çağırırıq. Hər cür ultimatumu rədd edirik. İranın öhdəliklərini yerinə yetirib-yetirmədiyini isə nüvə müqaviləsi və nüvə silahının yayılmaması haqqında müqavilə çərçivəsində dəyərləndirəcəyik”.

Qeyd edək ki, mayın 8-də İran prezidenti Həsən Ruhanı Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəliklərdən qismən çıxadıqlarını bildirib.

Həmçinin yoxlayın

İran hər həftə Hörmüz boğazında gəmilərə onlarla PUA və raket atır

GADTB: “Nyu-York Tayms” qəzeti Qərb təhlükəsizlik rəsmisinin qəzetə təqdim etdiyi bildirilən məxfi məlumatlara əsasən yazıb …

BMT-nin İran rejiminin nüvə proqramına qarşı sanksiyaları bütün ölkələr üçün məcburidir

GADTB: Böyük Britaniyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Sara Makintaş vurğulayıb ki, İran İslam Respublikasının …

Bir cavab yazın