Türk ölkəsi olan Qazaxıstanda poçtlarda robotlar xidmət göstərəcək

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Astanada Qazaxıstanın “Kazpoçta” Səhmdar Cəmiyyətinin ilk rəqəmsal ofisi açılıb. “Kazpoçta” müştərilərinə virtual köməkçisi olan ”Kuanış” adlı robot kömək edir. Ofisdə hamının gözünün öyrəşdiyi operator qızlar deyil, hibrid bankomatlar, elektron kassir, poçtamat və VR-agent xidmət göstərir.

“Kuanış100 suala cavab verməklə bərabər, müştərini üzdən tanıyır. O, havanın cari durumu barədə suallara cavab verməyi, yerləşdiyiniz məkanın koordinatlarını müəyyən etməyi, daim yenilənən “Wi-Fi” parolunu bildirməyi də bacarır.

“Kazpoçta”nın rəqəmsal ofisləri gələcəkdə ölkənin başqa şəhərlərində də açılacaq.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın