Krım tatarlarının Ukraynada rəhbəri istefaya göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Mustafa Cəmilov Ukrayna prezidentinin Krım tatar xalqının işləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Cəmilov vəzifəsini 18 mayda Pyotr Poroşenkonun əmriylə tərk etsə də, bu barədə informasiya yenicə yayımlanıb.

Yaxın zamanlarda bu vəzifəyə yeni nümayəndənin təyini üçün Krım Tatar Məclisinin xüsusi iclas keçirəcəyi bildirilib.

Qeyd edək ki, Ukrayna prezidentinin Krım tatar xalqının işləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsi Krımın Rusiyaya ilhaqından dərhal sonra yaradılıb. Tatar türklərinin tarixi yurdu Krım hazırda Rusiyanın işğalındadır.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın