Rejimin Mehdi Kuxiyanı hələ də həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 50 gündən çoxdur azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyanı Marağada həbsdə saxlayır. Fəal qanunsuz olaraq, şərlənib və həbsə salınıb. Üstəlik rejimin təhlükəsizlik orqanlarının təzyiqi ilə məzuniyyətə çıxmasına imkan verilmir.

Qeyd edək ki, “Şəhre Xəbəre Məlikan” Teleqram kanalının müdiri olan fəal 2019-cu il aprelin 8-də Məlikan şəhərində rejimin ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanılıb. Fəal aprelin 13-ü axşam saatlarında ETTELAAT-ın təcridxanasından rejimin Marağada yerləşən zindana köçürülüb.

M.Kuxiyanın yaxınlarının bildirdiyinə görə, fəalın həbsi Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub. Həmin deputat və ETTELAAT İdarəsinin onunla bağlı hansı ssenari qurduqları hələlik məlum deyil. Azərbaycanlı fəal bundan öncə başqa bir dosye ilə şərlənərək 18 ay həbs cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

Bir cavab yazın