GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Livan, İraq, Əfğanıstan, Suriya və Yəməndə yetişdirdiyi terrorçu qruplaşmalar ABŞ-ın irqçi fars rejimə hücum etməməsi üçün hədə qorxu gəlməyə başlayıblar.
Rejimin yetişdirdiyi həmin qruplaşmalar müharibənin molla rejimi ilə məhdudlaşmayacağı ilə bağlı hədə-qorxu gəlməklə ABŞ hücumdan çəkindirməyə çalışırlar. Üstəlik Hizbullah lideri Həsən Nəsrullah iddia edib ki, Tramp İrana savaş açsa, seçkini uduzacaq.
“Müharibə olacağı halda ABŞ-ın bütün qüvvələri və maraqları məhv olacaq. İranı regionun nəhəng gücüdür” – o bildirib.
Digər tərəfdən isə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib ki, İran Yaxın Şərqdəki problemlərin mərkəzi səbəbidir.
Bolton deyib: “ABŞ İranın Hörmüz boğazını bağlayacağı təhdidləriylə barışmaq niyyətində deyil. ABŞ İranla konflikt istəmədiyinə görə hərbi addımlar atır”.