Təbrizin Ərk qalasına rejimdən daha bir zərbə: abidə ərazisində dayanacaq tikilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanın tarixi abidələrinə qarşı düşmənçiliyi davam etməkdədir. Bu istiqamətdə Təbrizin tarixi Ərk qalası ərazisində qalaya zərər yetirə bilən dayanacaq tikilir. Bu barədə layihə artıq rejim tərəfindən tendərə çıxarılıb.

2016-cı il noyabr ayında, mətbuatda Ərk qalasının ətrafında dayanacaq tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə geniş məlumat yayılmışdır. Əhali Təbriz Müsəlla Fondunun israrı ilə tarixi qalanın məhv edilməsinə qarşı çıxmışlar. Etirazlar geniş vüsət aldıqdan sonra Ərk qalası ətrafında nəzərdə tutulan layihənin icrası dayandırıldı.

2017-ci ilin əvvəllərində burada arxeoloji qrupun məsulu dr. Bəhram Acorlu bildirdi ki, Ərk qalası və tarixi Fətullayev İmarətinin ərazisində aparılan arxeoloji qazıntılar zamanı dəmir dövrünə aid qəbirlər, həmçinin səyyahlar və tarixçilərin işarə etdiyi Təbrizin qədim qülləsinin müəyyən hissələri aşkarlanıb. Bundan sonra Təbriz Müsəlla Fondu bəyanat yayaraq qədim bürclərin aşkarlanması ilə bağlı məlumatın yalan olduğunu iddia etdi.

Rejimə bağlı olan Müsəlla Fondu ilə Təbrizin Bələdiyyə İdarəsi Ərk qalasının bir neçə metrliyində dayanacaq proyektini yenidən gətiriblər. Bu məqsədlə hökumətə yaxın şirkətlə arasında tender keçirilib və artıq qalib şirkət də məlum olub.

Rejimin bundan məqsədinin isə Təbrizin tarixi kimliyi hesab edilən Ərk qalasını məhv etməkdir.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın