Azərbaycanlı milli-mədəni fəallar vəfatının ildönümündə prof.dr. Zehtabini anıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün cümə dekabr ayının 22-də prof.dr. Məhəmmədtağı Zehtabinin şübhəli vəfatının 19-cu ildönümü münasibəti ilə çox sayda azərbaycanlı milli-mədəni fəal prof.dr. Zehtabinin məzarı başına toplaşıblar. Güney Azərbaycanın müxtəlif şəhərlərindən Şəbistərdə mərhumun məzarı başına toplaşan fəalar prof.dr. Zehtabini ehtiramla anıblar.

Azərbaycanlı fəallar prof.dr. Zehtabini vəfatının ildönümü münasibətilə Güney Azərbaycanın milli himnini oxumuş və dr. Zehtabinin məzarına gül qoymuşlar. Prof.dr. Zehtabinin xatirəsini ehtiramla anan azərbaycanlı fəallar, onun yolunun davam edəcəyinə təkid ediblər.

Qeyd edək ki, prof.dr. Zehtabinin məzarı Şəbistər şəhərində yerləşir. Dr. Zehtabi 1998-ci ildə Almaniya səfərindən sonra İran adlanan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və nəhayət öz evində şübhəli şəkildə vəfat etmişdir. Bədənində göyərti və izlər onun zəncivarı qətllər dövründə rejimin təhlükəsizlik qüvvələri tərəfindən şəhid edildiyini sübut edir.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı öyrəncini edama məhkum etdi

GADTB: İrqçi fars-molla rejimin məhkəməsi azərbaycanlı öyrəncini edama məhkum edib. Molla rejimin Təbrizdəki İnqilab Məhkəməsi …

Güney Azərbaycanın Əndərigan və Astargan mədənlərindən ildə 170 kiloqramdan çox qızıl çıxarılır

GADTB: Şərqi Azərbaycan Əyalətinin Sənaye, Mədən və Ticarət Baş direktoru Sabir Parnian Əndərigan və Astargan …

Bir cavab yazın