Çərşənbə , Yanvar 15 2025
azfa

Güney Azərbaycan şəhərlərində imam cümələr insanları xürafata sürükləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xamneyinin nümayəndələri olan Azərbaycan şəhərlərinin imam cümələri orta əslər təfəkkürü ilə Azərbaycan türklərini xürafata sürükləyirlər.

Urmiyanın imam cüməsi Seyid Mehdi Qoreyşi dünən cümə namazı xütbələrində deyib ki, insanların günahı və davranışı təbiətin reaksiyasında təsirsiz deyil. Ona görə də günahları azaltmaq lazımdır. O həmçinin qeyd edib ki, insanların günahı nəticəsində Allah yağış və qar yağmasına mane olur. Yalnız tövbə qarşılığında Allah onların ruzusunu çoxaldar. Qoreyşinin bu çıxışının İran dövlətinin Urmiya gölünü qurudaraq, Güney Azərbaycanda iqlim dəyişikliyinə səbəb olması və nəticədə gölə və gölün ətra ərazilərinə qar və yağışın yağmaması məsələsini ört-basdıretmə cəhdi kimi qiymətləndirilir.

Zəncanın imam cüməsi Əli Xatəmi isə quraqlıq və zəlzələ kimi təbii fəlakətlərin imansızlıq üzündən baş verdiyinə təkid edərək deyib ki, quraqlıq və zəzlzələ kimi təbii bəlaların səbəbini deməyə cürət etmirik və harp layihəsini bəhanə edirik. Halbuki, belə deyil. O bütün bəlaların səbəbini insanların günahı və imansızlığı göstərmişdir.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim …

Molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. Tehranın Evin …

Bir cavab yazın