Güney Azərbaycanda satılmaqda olan islamdan öncəyə aid tarixi əsərlər aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda satılmaqda olan islamdan öncəyə aid olan tarixi əsərlər aşkarlandı. Bu barədə Güney Azərbaycanın Zəncan vilayətinin Mədəni İrs Tışkilatının rəisi Əbülfəzl Muradi açıqlama verib.

Muradi deyib: “Tarixi əşyalar qaçaqçıların alveri zamanı ələ keçirilib. Ələ keçirilən əşyalar 51 ədəd tarixi əsər, o cümlədən, 1 ədəd mis sini, 1 saxsı qab, 2 kəmərbənd və 47 ədəd qızıl pilakdan ibarətdir. Bunlardan saxsı qab və kəmərbənd toqqasının tarixi dəyəri yoxdur. Tarixi əşyaların alveri ittihamı ilə 6 nəfər saxlanılıb”.

Zəncan vilayətinin muzeylər məsulu Pərəstu Qasimi isə tarixi əsərlər barəsində danışarkən, əsərlərin islamdan öncəyə aid olduğunu və onlarda məlilə naxışları göründüyünü bildirib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində, təqribən hər ay tarixi əsərlərin ələ keçirilməsi xəbəri qeydə alınsa da, muzeylərdə Azərbaycana aid əsərlər günü-gündən azalır. Ələ keçirilən tarixi əsərlərin harda, yaxud hansı muzeydə saxlanılması barədə heç bir məlumat verilmir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Bir cavab yazın