Cümə axşamı , Sentyabr 24 2026
azfa

Yardımlıda beş min illik kurqanlar tapılıb – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Azərbaycanın Yardım bölgəsində arxeoloji qazıntılar zamanı beş min illik tarixi olan kurqanlar tapılıb. Bölgənin Komanı yaylağında Erkən Tunc dövrünə aid növbəti kurqan qazılır.

Kür-Araz mədəniyyətinə aid beş min illik tarixi olan kurqanın dərinliyi iki metrə yaxındır. Eyni arealda yerləşən fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. Bu kurqanda isə insan yarımbükülü vəziyyətdə dəfn edilib.

Onun ətrafından heyvan cəmdəyi və sümükdən hazırlanan iy (toxuculuq aləti) başlığı tapılıb. Bu da bölgədə maldar tayfaların geniş şəkildə yayılmasını sübut edir.

Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirib ki, Yardımlının dağlıq ərazilərindən sonra aran hissəsindəki abidələrin də tədqiqinə başlanılacaq.

Qeyd edək ki, son illərdə Yardımlı rayonu ərazisində beşdən artıq kurqan tədqiq olunub.

Videoya aşağıdakı linkdən baxmaq olar:

https://baku.tv/az/cemiyyet/9956/

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …

Bir cavab yazın