Çərşənbə , Sentyabr 23 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Nəsim Sadiqini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqini mühakimə edib. Fəal sentyabrın 3-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə edilib.

Azərbaycanlı fəal rejimin ona qarşı saxta şəkildə “Sistemin əleyhinə təbliğat aparmaq”da irəli sürdüyü ittihamları rədd edib və bildirib ki, o konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olur. Azərbaycanlı fəal məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarının uydurma dosyelərə önəm verməməyə çağırıb.

Qeyd edək ki, 2018-ci il oktyabrın 21-də yaxalanan azərbaycanlı fəal Nəsim Sadiqi bir müddətdən sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Bir cavab yazın