Cümə , Sentyabr 25 2026
azfa

Müstəmləkə siyasətinin nəticələrindən: Qərbi Azərbaycanda 100 kəndin içməli suyu tankerlə daşınır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkə siyasətinin nəticələrini bütün sahələrdə müşahidə etmək mümkündür. Rejimin müstəmləkə siyasəti nəticəsində Qərbi Azərbaycanda 100 kəndin içməli suyu 21-ci əsrdə tankerlə təmin olunur.

Qərbi Azərbaycan Kənd Su Şirkətinin rəisi Əlirza Rzavi bu barədə açıqlama yayıb.

Əlirza Rzavi deyib: “Bəzi kəndlərə bütün il boyu, bəzilərinə isə yay fəslində tankerlə su daşınır. İndilik 1500 kəndə su təmini icra edilməkdədir. Bu layihlərə 1200 milyard rial büdcə layihəsi qəbul edilib. Vilayətin kəndlərinin sağlam və kanalizasiya su istifadəsinin orta göstəricisi 67 faizdir. Bu da kənd cəmiyyətinin 85 faizi, yəni 2 mininin kənd kanalizasiya və su ilə təmin edilməsi deməkdir”.

Xatırladaq ki, Qərbi Azərbaycanın 2839 kəndi var. Rzavinin verdiyi məlumata əsasən, 839 kənd sağlam və kanalizasiya sudan məhrumluğunu göstərir.

Həmçinin yoxlayın

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Bir cavab yazın