Cümə , Sentyabr 18 2026
azfa

Türkiyənin zirehli texnikası Suriya sərhədində – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Suriya ilə sərhədə kürd terror qruplaşmasına qarşı zirehli texnika yeridib.

Türkiyə qoşunlarının hərəkətini əks etdirən videogörüntüləri “Anadolu” və digər agentliklər, RT kanalı yayıb.

Videogörüntülərdən birində M60 tankları və M113 zirehli transportyorları əks olunub. Başqa videoçarxlarda hərbi kolonun Suriya ilə bir neçə yüz metr sərhəddəki Şanlıurfa əyalətinin Akçakala şəhərindən çıxışı əks olunub.

Kadrlarda müxtəlif tipli zirehli avtomobillər, hərbi yük maşınları, həmçinin artilleriya qurğuları görünür.

“Anadolu”nun məlumatına görə, kolon təxminən 130 avtomobildən ibarətdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın əvvəllərində bildirib ki, yaxın günlərdə Suriyanın şimalında, Fərat çayı sahilində əməliyyat  başlayacaq. O, əlavə edib ki, əməliyyatda məqsəd Türkiyənin Suriya ilə sərhədlərini PKK terrorçularından təmizləməkdən, təhlükəsizlik zonası yaratmaqdan ibarətdir.

 “Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp hərbçilərin Suriya-Türkiyə sərhədindən çıxması əmrini çoxdan versə də bunun icrasına dünən (oktyabrın 6-da-red.) başlanılıb”, – deyə o oktyabrın 7-də  bildirib.

Həmçinin yoxlayın

Razılıq almaq və rəsmi rəvayəti təhrif etmək üçün saxlanılan yeniyetmənin ailəsinə təzyiq və təhdidlər olur

GADTB: Təbrizdə bir yeniyetməyə polis əməkdaşlarının kobud və alçaldıcı davranışını əks etdirən görüntülərin yayılmasından sonra …

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …

Bir cavab yazın