Çərşənbə , Sentyabr 23 2026
azfa

Güney Azərbaycanın Əbhər bölgəsində yeraltı suların səviyyəsi 31 metr aşağı düşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti və Azərbaycan şəhərlərində yarıtmaz siyasəti nəticəsində Güney  Azərbaycanın Əbhər bölgəsində yeraltı suların səviyyəsi 31 metr aşağı düşüb.

Bu barədə Zəncan vilayətinin Su Şirkətinin icraçı direktoru Əbhər Yusif  Rzapur  açıqlama verib.

Yusif  Rzapur deyib: “Əbhər bölgəsində yeraltı sularının səviyəsi 31 metr aşağı düşüb. Təssüflə qanunsuz şəkildə qazılan quyular vəziyyəti böhran həddinə çatdırmaqdadır.

Zəncan vilayətində yeraltı suların səviyyəsi hər il 77 santimetr aşağı düşür. Lakin bu baxımdan Əbhər bölgəsində vəziyyət daha da gərgindir, bunun qarşısını almaq üçün lazımi tədbir görülməlidir”.

Yusif Rzapurun dediyinə görə, hazırda Əbhər bölgəsində su quyularının dərinliyi 380 metrdir. Lakin vaxtı ilə 200 metrdən ibarət olub.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

Bir cavab yazın