Şənbə , Aprel 27 2024
azfa

Ruhaninin Tehran universitetində çıxışı zamanı bir qrup öyrənci etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün oktyabrın 16-da Öyrənci Həmkarlar İttifaqı fəalları Həsən Ruhaninin Tehran Universitetində çıxışı zamanı etiraz aksiyası keçirib.

Onlar bəzi öyrəncilərin ümumilikdə 100 il həbs cəzasına məhkum edilməsi, universitetlərdə ödənişli təhsilin artması və ədalətsizlik hallarının artmasına etiraz ediblər.

Etiraz aksiyası ilə eyni vaxtda, təhsil haqqından məhrum edilmiş tələbə və Tehran Universitetinin Mərkəzi Tələbə Həmkarlar Şurasının keçmiş katibi Səha Murtəzayinin Tehran Universitetinin Mərkəzi Kitabxanası qarşısında etirazı davam edib.

Qeyd edək ki, Həsən Ruhani 2013-cü il seçki kampaniyası zamanı təhsildən məhrum edilmiş öyrənciləri universitetə qaytaracaqlarına və universitetlərdə “təhlükəsizlik qurumlarının nəzarət mühiti”nin aradan qaldırılmasına söz vermişdi.

Lakin müxtəlif öyrənci qrupları son illərdə universitetlərdə dəfələrlə mühitin “təhlükəsizlik qurumlarının nəzarətində olması”na və öyrəncilərin “kateqoriyalara bölünməsi”nə dəfələrlə etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın