Cümə axşamı , May 14 2026
azfa

Rejim yaxaladığı Məhəmməd Mərdi və Fərhad Pakruhun zaminə buraxılmasına mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim günahsız yerə oktyabrın 28-də Təbrizdə yaxaladığı azərbaycanlı fəallar Məhəmməd Mərdi və Fərhad Pakruhun zaminə buraxılmasına mane olur.

Azərbaycanlı fəalların ailəsi təyin olunan 500 milyon riallıq mülki vəsiqəni girov qoymaq üçün oktyabrın 31-də rejimin Təbrizdə yerləşən məhkəməsinə müraciət edib. Lakin aidiyyəti şöbənin rəisi dosye ilə bağlı araşdırmanın başa çatmadığını bəhanə edərək vəsiqəni qəbul etməkdən və fəalları zaminə buraxmaqdan imtina edib.

Halbuki, rejimin Təbrizdə yerləşən Beheşti Məhkəməsinin 1-ci şöbəsi fəalların zaminə buraxılması üçün 500 milyon riallıq mülki vəsiqə təyin etmişdi.

Qeyd edək ki, azərbaycanlı fəallar Məhəmməd Mərdi və Fərhad Pakruh bazar ərtəsi günü mərhum mühəndis Qulamrza Əmaninin ildönümü mərasimi ilə əlaqədar yaxalanan fəalların zaminə buraxıldığı zaman onları qarşıladıqları üçün heç bir suç işləmədiyi halda yaxalanıblar. Rejimin rəsmiləri birinci açıqlamada onların zaminə buraxılan fəallardan şəkil çəkdiyinə görə yaxalanıldığını bildirmişdir.

Həmçinin yoxlayın

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Bir cavab yazın