Türkiyə PKK və PYD-nin hələ də təhlükəsiz bölgədən çəxmadığını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Milli müdafiə naziri Hulusi Akar terror təşkilatı PKK ilə Suriyadakı qolu PYD-nin Türkiyə sərhədində çəkilməsi lazım olan bölgələrdən hələ də çıxmadığını söylədi.

Nazir Akar “CNN International” kanalında Bekiy Andersonun gündəmə dair sullarına cavab verib.

Andersonun Türkiyənin Suriyanın şimal-şərqində YPG/PKK terror təşkilatına qarşı həyata keçirdiyi “Sülh çeşməsi” hərəkatına dair suallara cavab verən Akar deyib: “Türkiyə Suriya və digər qonşularının siyasi birliyi və torpaq bütövlüyünə hörmətlə yanaşır. Biz bu əməliyyatı keçirərkən hər hansı işğal, müdaxilə yaxud da başqa addım atmırıq. Burada sadəcə terror təşkilatlarına qarşı əməliyyat keçiririk. Həm Rusiya həm də ABŞ YPG/PKK-nın bu bölgələrdən çıxarılacağına dair vəd verdi. Ancaq hələ də YPG terrorçuları tərəfindən edilən xeyli pozuntular var və biz də bunlarla mübarizə aparırıq. Həmin zamanda Rusiya və ABŞ ilə əməkdaşlıq edərək, onlardan YPG/PKK-nı o bölgələrdən çıxarmalarını tələb edirik”.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın