Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Gündəlik Arxivlər: Sentyabr 22, 2026

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla elə bir razılaşma əldə ediləcəkmi ki, onlara ölkələrini yenidən qurmağa və əvvəlkindən daha böyük, bəlkə də Yaxın Şərqin, hətta dünyanın ən böyük ölkələrindən birinə çevirməyə imkan versin?” Tramp sözlərini belə davam etdirib: “Yoxsa İran İslam …

Ətraflı oxu »

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır. “AZAL ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub”, …

Ətraflı oxu »

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb və davamlı dəstəyin münaqişənin daha da şiddətlənməsinə səbəb ola biləcək “təhlükəli eskalasiya” təşkil edəcəyi haqda xəbərdarlıq ediblər. BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdən sonra yayılan birgə bəyanatda Birləşmiş Krallıq, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və …

Ətraflı oxu »

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, “İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanın bərpası üçün tam səlahiyyətlərlə Nyu-Yorkda iştirak edir. Reuters-in İran İslam Respublikasının yüksək vəzifəli rəsmisinə istinadən yazdığına görə, “ABŞ tərəfindən konkret addımlar atılacağı təqdirdə Tehran diplomatiyanın bərpasını alqışlayacaq”. O, həmçinin bildirib: …

Ətraflı oxu »

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik qurumları mövcud vəziyyəti “böyük gərginlik nöqtəsi” kimi qiymətləndirir və İranla qarşıdurmanın yenidən şiddətlənməsi ehtimalına hazırlaşırlar. Molla rejimin danışıqların tam dalana dirənməsi və ya Tehrana qarşı hər hansı planın hazırlandığını düşünməsi halında qabaqlayıcı addım ata biləcəyi …

Ətraflı oxu »

“Elektra” tamaşasının dramaturqu: Təbriz teatrının dili türkcə olub

GADTB: Türkcə səhnələşdirilən “Elektra” tamaşasının dramaturqu Mehdi Vəlizadə Fərd Təbrizdə teatr dilində baş verən dəyişikliklərə toxunaraq bildirib: “Son illərdə Təbriz teatrının dili dəyişib və bu gün türkcə şəhərin teatr məhsullarında mühüm yer tutur. Halbuki təxminən 15 il əvvəl əsərlərin böyük hissəsi fars dilində səhnələşdirilir, yalnız bəzi hallarda türkcə tamaşalara rast …

Ətraflı oxu »

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus İrana həyata keçirdikləri giriş və çıxış uçuşlarını ləğv ediblər. Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Skott Besent sentyabrın 21-də CNBC-yə müsahibəsində bildirib ki, hava nəqliyyatı xidmətləri göstərən şirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təhdidi səbəbindən …

Ətraflı oxu »

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə etiraz aksiyası keçirərək itirdikləri vəsaitlərin taleyinin müəyyənləşdirilməsini və məsul şəxslərdən cavab tələb ediblər. Aksiya iştirakçılarının bildirdiyinə görə, etirazlar çərşənbə gününədək davam edəcək. Zərərçəkənlər bildirirlər ki, aylar, bəzi hallarda isə illər keçməsinə baxmayaraq, tələbləri və itirdikləri …

Ətraflı oxu »