ABŞ senatı Ərdoğanla görüşdən sonra saxta erməni soyqırımı ilə bağlı qətnaməni bloklayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Respublikaçı senator Lindsi Qrem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl “erməni soyqırımını” tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.

Asenator Grem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.

“Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər”, – deyə senator əlavə edib.

Trampın yaxın müttəfiqi hesab olunan Grem senatorlara xitabən “tarixin yenidən yazmağın lazımsız olduğunu” bildirib.

Qeyd edək ki, “erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.

Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …

Bir cavab yazın