Bu gün Ahıska türklərinin sürgün və soyqırının ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Ahıska türklərinin böyük sürgünün və soyqırımından 75 il ötür.

1944-cü il noyabrın 14-də 90 mindən çox Ahıska türkü SSRİ lideri İosif Stalinin sərəncamıyla öz ata-baba yurdlarından – Gürcüstandan Mərkəzi Asiya və Sibirə sürgün edilib.

Sürgün zamanı yük vaqonlarında daşınan türklərin bir hissəsi havasızlıqdan, soyuqdan və aclıqdan həlak olub. Bu zaman təxminən 30 min Ahıska türkünün öldüyü, bir hissəsinin ağır xəstəliyə düçar olduğu bildirilib.

Məlumata görə, faktiki soyqırıma məruz qalanların basdırmağa belə icazə vermir, vaqonlardan düşürdüb, yolun kənarına atıblar.

Ahıska türklərinə yalnız 1956-cı ildən sonra SSRİ-nin digər bölgələrinə köçməyə icazə verilib. 1958-1960-cı illərdə onların bir hissəsi Azərbaycana köç edib.

Tarix boyu müxtəlif fəlakətlərlə üzləşən Ahıska türkləri növbəti dəhşəti 1989-cu ildə Özbəkistanın Fərqanə şəhərində yaşanmış və tarixə “Fərqanə hadisələri” kimi düşmüş qardaş qarşıdurması ilə yaşayıb. Belə ki, üçüncü tərəfin əli ilə özbəklərlə Ahıska türkləri arasında qarşıdurma yaradılıb. Hadisələr zamanı onlarla insan həlak olub.

Türk dünyasına ağır zərbə olan bu hadisədən sonra Ahıska türklərinin ikinci deportasiyası başlanıb. Həmin vaxt onların böyük əksəriyyəti Azərbaycana gəlib və ölkənin müxtəlif rayonlarına yerləşdirilib. Hazırda Azərbaycanda təxminən 80 min Ahıska türkünün yaşadığı bildirilir.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın