GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Şimali Kıbrıs (Qıbrıs) Türk Cümhuriyyəti (ŞKTC) bayrağının qürurla dalğalanması üçün istənilən hər cəhdi göstərəcəyik” dedi.
Ərdoğan 15 noyabr Şimali Kıbrıs (Qıbrıs) Türk Cümhuriyyətinin quruluşunun 36-cı ildönümü münasibətilə verdiyi açıqlamada Şimali Kıbrıs (Qıbrıs) Türk Cümhuriyyətinin müstəqilliyi üçün şəhid olanları rəhmətlə yad edərək, qurucu prezident mərhum Rauf Dənkdaş başda olmaqla, 36 ildir Şimali Kıbrıs (Qıbrıs) Türk Cümhuriyyətinin inkişafında, bu günlərə gəlib çıxmasında əməyi olanları minnətdarlıqla yad etdiyini bildirdi.
Hazırda Qıbrıs Türkünün üzərində azadca yaşadığı torpaqların bütün təzyiq və təhditlərə baxmayaraq Mücahid və Mehmetciklərin çiyin-ciyinə göstərdiyi dastan kimi müqavimətin əsəri olduğunu vurğulayan Ərdoğan “Kıbrıs Türkü qardaşlarım böyük mübarizələr və fədakarlıqlarla qurduğu dövlətini, demokratiya və iqtisadiyyatda qazandığı uğurla gücləndirib. Ancaq Adada ədalətli, daimi və davam etdirilə biləcək bir siyasi həllin olması üçün ortaya qoyduğu cəhdlərin təəssüf ki, Qıbrısın cənubunda cavabı olmamışdır. Kıbrıs Rum tərəfi Adanı Kıbrıs Türk xalqı ilə siyasi bərabərlik əsasında bölüşmək istəmir, bununla yanaşı həll yolları üçün maneələr törədir” deyib.
“Xüsusilə Qıbrısın Türklərinin Şərqi Aralıq dənizində aşkarlanan karbohidrogen ehtiyatlarına dair haqlarının qəsb edilməsinə əsla icazə verəməyəcəyik. Tarixi və müqavilələrə əsaslanan məsuliyyətlərimiz çərçivəsində Şimali Kıbrıs (Qıbrıs) Türk Cümhuriyyəti bayrağının quruda olduğu kimi dənizlərdə də səmada da qürurla dalğalanması üçün əlimizdən gələn cəhdi göstərəcəyik” deyə prezident Ərdoğan qeyd edib.