İrqçi fars rejimi ümidi Rusiyadan 5 milyard kreditə qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim xalqın var-yoxunu taladıqdan sonra indi də ümidi Rusiyadan 5 milyard kreditə qalıb.

İrqçi fars rejimin prezidenti Ruhani ABŞ sanksiyalarına qarşı parlamentə təqdim etdiyi dirəniş büdcəsi haqda danışıb.

Büdcə ilə bağlı açıqlama yayan Həsən Ruhani Rusiyanın ölkəsinə 5 milyard dollarlıq investisiya yatıracağını bildirib. O, yeni büdcə sayəsində ABŞ-ın sanksiyalarından sonra yaranan çətinlikləri ortadan qaldırmağı planlaşdırdıqlarını söyləyib:

“Xalqın sanksiya və təzyiq altında çətinliklərlə qarşılaşdığını və satın almaq gücünün azaldığını bilirik. Ölkəyə həm bitən layihələr, həm də gələn ilk tamamlanacaq çalışmalar sayəsində 5 milyard dollarlıq Rusiya investisiyasının daxil olacağına ümid edirik”.

Qeyd edək ki, Ruhani ABŞ-ın sanksiyalarına müqavimət büdcəsi layihəsini parlamentə ötən gün təqdim edib.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Bir cavab yazın