Çərşənbə axşamı , İyun 16 2026
azfa

Hun türklərinin nəvələrinin ölkəsi Macarıstanda Azərbaycan Evi açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 27-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan evinin açılış mərasimi keçirilib.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Səlhət Abbasova, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi İbrahim Səfərli, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, diaspor fəalları və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycan səfiri Vilayət Quliyev, Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova, macar icmasının təmsilçisi Farkaş Jozef, Subyektiv Dəyərlər Fondunun (Subjective Values Foundation) rəhbəri Marsel Lorinç, diaspor təşkilatlarının rəhbərləri Ramiz Əmirli, Svetlana Abdullayeva, Əliağa Ağayev və Cavid Əhmədov çıxış edərək soydaşlarımızı bu önəmli hadisə münasibətilə təbrik ediblər. Onlar bu addımı uzun illər Azərbaycan evinin yaradılması arzusu ilə yaşayan soydaşlarımıza Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dövlətimizin böyük hədiyyəsi və qayğısı kimi dəyərləndiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

Həmçinin yoxlayın

Ərdəbildə toy məclisinə görə şadlıq sarayı möhürləndi, sahibi saxlanıldı

GADTB: Ərdəbil şəhərinin prokuroru bu şəhərdə fəaliyyət göstərən bir şadlıq sarayının “qarışıq toy mərasimi keçirilməsi” …

BMT: İran hakimiyyəti ilin əvvəlindən bəri təhlükəsizlik ittihamları ilə azı 40 nəfəri edam edib

GADTB: Volker Türk bildirib ki, İran hakimiyyəti 2026-cı ilin əvvəlindən indiyədək “milli təhlükəsizlik”lə əlaqələndirilən ittihamlar …

Bir cavab yazın