Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqinin apellyasiya məhkəməsi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı milli-mədəni fəal Nəsim xanım Sadiqinin apellyasiya məhkəməsi keçirilib.

Məhkəmə iclası irqçi fars rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 3-cü şöbəsində baş tutub.

Azərbaycanlı fəal özünə qarşı irəli sürülən bütün saxta ittihamları rədd edərək mədəni fəaliyyətinin qanun çərçivəsində olduğunu bildirib.

Qeyd edək ki,Təbriz sakini olan azərbaycanlı fəal 2019-cu il sentyabrın 21-ə irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Fəal şərlənərək “müxalif qrupların xeyirinə  sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …

Bir cavab yazın