Çərşənbə , Sentyabr 30 2026
azfa

Terrorçu Sepahın əhalinin canına saldığı koronavirus mollaları və rejimin rəsmilərini vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepahının Çindən gətirib əhalinin canına saldığı koronavirus mollaları və rejimin rəsmilərinə də yoluxdu.

Artıq bir neçə millət vəkili, müctehid, molla və dövlət rəsmisi koronavirusa yoluxub.

İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi koronavirusa yoluxub.

O, xəstəliyə yoluxması ilə bağlı özü yaydığı video müraciətdə məlumat verib. Hərirçi bildirib ki, ötən gün qızdırması olub və axşam saatlarında verdiyi analizin nəticəsi müsbət çıxıb.

Hərirçi ötən gün axşam İran Dövlət Televiziyasında verilişlərdən birində iştirak edib. Lakin o, həmin verilişdə kimlərlə təmasda olduğu barədə məlumat verməyib.

Tehranın millət vəkili Mahmud Sadiqi də koronavirusa yoluxub.

Müctehid Seyid Musa Şübeyri də Qumda koronavirusa yoluxub və karantinə alınıb. Şübeyrinin maliyyə və ofisinin rəisi və işçiləri də koronavirusa yoluxub və həmin virusdan ölüblər.

Əhalini cəhalətə sürükləyən bəzi mollar hələ də sələvat və dua ilə koronavirusdan qorunma imkanını əhali üçün təbliğ edirlər.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …

Bir cavab yazın