Cümə , Sentyabr 25 2026
azfa

Moskvada Suriya barədə mühüm türk-rus razılaşma

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İdlibdə bütün hücumların əsas səbəblərindən biri də M5 magistralının tutulması idi.

Bu sözləri türkiyəli ekspert Ceyhun Bozqurd ötən gün Moskvada keçirilən Ərdoğan-Putin görüşünü şərh edərkən deyib.

“Əsəd rejimi üçün bu yol çox önəmlidir. Çünki Hələbdən Dəməşqə, Xümsə gedən istiqamətdir. Strateji önəmi ilə yanaşı, eyni zamanda, ticarət yoludur. Məsələn, Hələbdən gələn gəlir rejim üçün çox böyük maliyyə mənbəyi ola bilərdi. Ölkədə çox ciddi gərginlik var və bunu həll etməli idi. Burada anlaşılan budur: M5-lə bağlı hər kəs mövqeyini qoruyacaq. M4 magistralını Türkiyə müəyyən yolla əldə saxlayacaq, çünki bölgədəki insanların təhlükəsizliyi üçün önəm kəsb edir”, – deyə Bozqurd bildirib.

Qeyd edək ki, Ərdoğanla Putinin İdlib razılaşmasına görə, M4 magistralı rus və türk əsgərlərin nəzarətində olacaq.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın