Bazar ertəsi , May 6 2024
azfa

İŞİD Əfqanıstanda türk əsilli hezaralara hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İŞİD Kabildə həzaralar xalqının lideri Əbdül Əli Məzarinin qəbrini ziyarət edən insanlara hücum edib.

Hücum nəticəsində 32 nəfər həlak olub, 58 nəfər yaralanıb. Ölənlər arasında 5 qadının olduğu bildirilib. Hücumun baş verdiyi ərazidə həmçinin Əfqanıstan hökumətinin səlahiyyətli şəxslərinin də olduğu vurğulanıb.

Qeyd edək ki, həzaralar Əfqanıstan əhalisinin 9%-ni təşkil edən türk-monqol əsilli xalqdır. Sayları 5,828 milyon nəfərə qədərdir. Dinləri islamdır (şiə məzhəbliidirlər). Öz dillərini unutduqları üçün dari dilində danışırlar.

Əbdül Əli Məzari SSRİ-nin Əfqanıstanı işğal etdiyi dövrlərdə məşhurlaşıb. 1990-cı ildə Hezbe i Vəhdət Partiyası yaradıb və İranla sıx əməkdaşlıq edib. 1995-də Taliban tərəfindən qətlə yetirilib.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal həbsxanada çəkdiyi rəsimlərin sərgiləməsindən sonra hədələnib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Mütərza Pərvin …

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni …

Bir cavab yazın