Əhalini fəlakətə sürükləyən molla və Sepah terrorçularını koronavirus yan-yana uzatmaqda davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əhalini bədbəxtlik və fəlakətə sürükləyən, bir milyondan çoxinsanın qətlinə səbəb olmuş və hazırdada koronavirusu əhalinin canına salmış molla və sepah terrorçuları özləri də kioronavirusdan bir-bir gəbərməkdədirlər.

Terrorçu Sepahın siyasi idarəsinin keçmiş müavini Fərhad Təzəri, noyabr etirazlarında Kərəc azərbaycanlılarını qətliam edən pasdar polkovnik Həsənəli Firuzxah, Mazəndəranda  terrorçu Sepah komandanı polkovnik Abdulla Cəfərzadə, Xamneinin ən yaxın adamlarından olan və onun beytinin əsas üzvlərindən olan Hüseyn Məhəmmədidə və s koronvirusdan ölüb və ya ölməkdədirlər.

“Sübhe Sadiq” həftəlik qəzetinin qurucularından olan Fərhad Təzəri martın 9-da “COVID-19” virusuna yoluxduğu üçün Tehranın Bəqiyətullah xəstəxanasında vəfat edib. O, Sepahın Siyasi İdarəsinin keçmiş müdürlərindən olub və bir müddət Sepahın ETTELAAT  İdarəsində işləyib.

Mazandaran əyalətinin Fereydunkenar şəhərinin Sepah komandanı polkovnik Abdulla Cəfərzadə koronavirusdan ölüb.

Yayılan məlumatlara əsasən, Abdulla Cəfərzadə martın 9-da Sari şəhərinin “Vilayət” xəstəxanasında keçinib.

Xamneinin ən yaxın adamlarından olan və onun beytinin əsas üzvlərindən olan Hüseyn Məhəmmədi koronavirusa yoluxub.

Koronavirusa yoluxduğu üçün Hüseyn Məhəmmədinin ağ ciyərlərindən birində ciddi infeksiya əmələ gəlib və o hazırda Tehran xəstəxanalarından birində həkimlərin ciddi nəzarəti altında saxlanılır. Hazırda onun səhhətinin ağır olduğu vurğulanır.

Xatırladaq ki, son günlər bir sıra İran rəsmisi koronavirusdan ölüblər. Ölənlər arasında Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Məhəmməd Mirməhəmmədi, İran xarici işlər nazirinin keçmiş müşaviri Hüseyn Şeyxülislam və deputatlar Fatimə Rəhbər və Məhəmməd Əli Ramazani  və s. də var.

.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın