Şənbə , Sentyabr 26 2026
azfa

Erməni general Xocalıları günahsız əhalini öldürdüyünü etiraf etdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sosial şəbəkələrdə Ermənistan ordusunun generalı, Xocalı soyqırımının iştirakçısı Vitali Balasanyanın əcənəbi jurnalistə özü və əsgərlərinin azərbaycanlıları necə öldürdüklərini danışması ilə bağlı sensasiyalı video yayılıb.

Arxiv yazısında Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını danışıb.

Qeyd edək ki, bu erməni general silahsız xocalılara atəş açmaq əmrini verməsi, hətta şəxsən özünün də bu gülləbaranda iştirak etməsi barədə bir neçə dəfə etiraf edib.

Mətbuat konfranslarından birində general Balasanyan Xocalıda törətdiyi cinayətləri boynuna alır:

“Həmin hadisələrin təşkilatçısı və icraçılarından biri mən olmuşam. İnsanlara güllə də atmışam. O vaxt bununla bağlı təhqiqat işi də açılmışdı. Xüsusi qrup da gəlmişdi”.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …

Bir cavab yazın