GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin Yenigün-yaz bayramı münasibəti ilə Türk millətinə təbrik mesajı

GADTB: Zaman-zaman Ərgənəkon (Ərgənəgün) bayramı kimi də adlandırılan Yenigün-yaz bayramı böyüktürk millətinin hələ onminilöncədən təbiətdənilham alaraq formalaşdırdığı milli bayramıdır. Türk milləti dünyanın ən qədim millətlərindən olduğu üçün onun milli bayramı olan Yenigün- yaz bayramı da insanların ilkin həyat tərzi, əkinçiliyi və təbiətin qışdan sonra yenidən oyanması ilə bağlı olmuşdur. Bu bayram əsas iki qitəyə yayılmış türklərin hamısında dinindən asılı olmayaraq keçirilir. Hətta prototürk xalqlar hesab edilən İkiçayarasında Savır və Şumerlərdə belə Yenigün bayramı keçirilmişdir.

“Divani Lüğət-it-türk”də də bu milli bayramımız “Yengigün” (Yenigün) kimi qeyd edilmiş və daha sonralar farscaya hərfi tərcümə edilərək Novruz şəklində türk imperatorluqlarının ərazisində işlədilmişdir. “Yenigün” sözü türk sultanlarının (Səlcuqlu Məlikşah) göstərişi ilə farscaya tərcümə edildiyi üçün bir çox bölgələrdə Novruzi Sultan və Sultan Novruzu şəklində işlədilmiş və hətta bir sıra türk ölkələrində bu gün bu şəkildə işlədilməkdədir. Böyük Səlcuqlu sultanı Məlikşahın təqvim islahatlarından sonra tərcümə forması xüsusilə yayılmışdır.

Üç qitənin min illər boyu hakimi olmuş türk milləti qanadları altına sığınmış bir sıra xalqlardan da bu gözəl ənənəsini əsirgəməmiş və onlar da Yenigün-yaz bayramını mənimsəyib qeyd edirlər.

Bu gün dünyanın üzqarasına çevrilmiş Çin və İran şovinist və irticaçıları təkcə türk milləti deyil bütün dünyanı korobavirus bəlasına düçar etsələr də,millətimiz öz milli bayramını keçirməkdədir. Çünki türk milləti yaxşı bilir ki, irqçi və irticaçı fars-molla rejimi koronavirus və başqa belə yoluxucu xəstəliklərdən zərərli və təhlükəlidir. Onsuz da irticaçı molla rejimi millətimizin bir qismini zindanlarda çürüdüb, qalanını iqtisadi basqılarda saxlamaqla indi də koronavirusu yaymaqla böyükuçurum qarşısında qoymuşdur. Lakinmillətimiz bunlarınhamısına qalib gələcək.

İrticaçı fars-molla rejimi indi dağıdıcı siyasətiləo səviyyəyə düşüb ki, bütün dünyaya dilənir. Azərbaycan Respublikasından, Yaponiyadan, Ərəb Əmirliyindən, Fransadan və digər ölkələrdən pul dilənir və aldığı yardımları da bəlaya düçar etdikləri əhaliyə çatdırmaq yerinə bir-başa Suriya, Livan və İraqda terrorçularına göndərirlər.

Bu gün irqticaçı fars-molla rejimi Qumu fəsad yuvasına çevirib və bolşevik kommunistlər kimi dünyanın hər bir yerindən aldatdıqları insanları toplayıb beynini yuyur vədünyaya terroru vəirticanı ixrac edirlər. Onlar bir tərəfdən dünyanı şiələşrib və fars imperyası qurmaq istəyir. Bunun da nəticəsində xəstəlikləri gətirib oraya və oradan da bütün bölgəyə və dünyaya yayırlar. Artıq Qumdan Çinin özünə bu xəstəlikləri ixrac etdikləri üçün Çinə səfərlərə mane olurlar. Rejim artıq bütün xəstəliklərin mənbəyinə çevrilib. Ona görədə millətimiz öz yolunu düzgün seçməli və müstəqilliyi uğrunda mübarizəyə davam etməlidir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) Yenigün-yaz bayramı münasibəti ilə Güney və Quzey Azərbaycanda türk millətini, eləcə də Türk dünyasını təbrik edir, millətimizə mutluluq və aydın gələcək, Güney Azərbaycan da daxil olmaqla əsarətdə olan digər türklərə azadlıq və müstəqillik arzulayır.

Yenigün-yaz bayramınız mübarək!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın