Bazar , Sentyabr 27 2026
azfa

Molla rejimi tarixi Azərbaycan şəhəri Kərkükdə koronavirusu geniş şəkildə yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi tarixi Azərbaycan şəhəri Kərkükdə koronavirusu geniş şəkildə yayıb.

iraqlı jurnalist-yazar, Türkmaneli Partiyasının icraçı üzvü Məhməd Haşim Salehi İraqdakı durumla bağlı danışarkən İrandan qayıdan şəxslərdə koronavirusun aşkarlamasına toxunaraq deyib ki, koronavirus Kərkükdə geniş yayılıb. Hazırda bu şəhərdə 70-ə yaxın şübhəli şəxs var.

O, İraqda əvvəlcə 4 nəfərdə koronavirus aşkarlandığını bildirib:

“Şübhəli şəxslərin karantində saxlanılması üçün 2 mərkəz yaradıldı. 3 gündür ki, küçəyə çıxma qadağası var. Heç bir hökumət orqanı, eləcə də mağaza açıq deyil. Maşınlara da qadağa qoyulub. 3 həftədir ki, məktəblər tətildədir. Bizim əsas çətinliyimiz evlərdə əsas ehtiyacların bitmək üzrə olmasıdır. Hökumət bildirir ki, küçəyə çıxma qadağasını daha da uzadacaq. Bəs bunun sonu nə olacaq? Çörək, dərman bitdikdən sonra insanlar bunları haradan əldə edəcəklər?

Xəstəliyin İraqda yayılmasına səbəb İran-İraq sərhədinin tam bağlanmamasıdır. İki ölkə arasında avireyslər də dayandırılmayıb. İranın İraq üzərindəki təsiri böyükdür, sözü keçir. Bu səbəbdən də bağlaya bilmirlər. İrana ziyarətə gedən İraq vətəndaşları ölkəyə xəstə qayıdır və sağlam insanlara virusu yoluxdururlar. Hazırda İraqda 14 nəfər koronavirusdan dünyasını dəyişib”.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın