Şənbə , Noyabr 28 2026
azfa

Çin koronasını bölgədə yayan daha bir neçə molla və terrorçu sepah rəsmisi virusdan öldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mollalar və terrorçu sepah Çindən koronavirusu Quma, oradan isə bütün şəhərlərə və region ölkələrinə yaydıqdan sonra, günahsız əhali ilə yanaşı özləri də Çin koronavirusundan ölürlər.

Özlərinin qazdığı quyuya düşən mollalardan biri İslam Elmləri Komputer Tədqiqatı Mərkəzinin rəis müavini axund Səid Salaiyandır. Salariyan Çin koronavirusuna yoluxaraq ölüb.

Noyabr ayında rejim əhalinin etirazlarını kütləvi güləboranla yatırandan sonra televiziyadan yaxalanaları işgəncə altında öldürməyi açıq şəkildə təklif edən rejimin Quran eksperti! Əbülfəz Bəhrampur da Çin koronavirusuna yoluxaraq ölüb.

Həmçinin Suriyaya terrorçuları hazırlayıb göndərən 27 Məhəmməd Rəsuləllah diviziyasının komandanı əli yüz minlərlə günahsız insanın qanına batmış sepah terrorçusu Hüseyn Əsədullahi də Çin koronavirusuna yoluxaraq ölüb.

Sepahın Fars Xəbər Agentliyinin rəhbərliyindən Seyid Əbdulla Seyid Əhmədi Zaviyə də Çin koronavirusundan ölüb.

Cəhalət, cinayət və bədbəxtlik carçılarından olan Qum dini hövzəsinin üzdəniraq müəllimi Rəştin cinayət məhkəməsinin keçmiş rəisi axund Ruhi də Çin koronasına yoluxaraq ölüb.

Xamneinin oğlunun qayınansı və rejimin yaxın şəxslərindən olan Xamuşi də koronavirusdan ölüb.

Həmçinin yoxlayın

Kəleybərdə qızıl mədəninin kəşfiyyat işləri 50-dən çox kəndin içməli su mənbələrini təhlükə altına salır

GADTB: Şərqi Azərbaycan əyalətinin Kəleybər rayonunda Peğamçay su anbarının yuxarı axarında qızıl mədənində kəşfiyyat işlərinə …

Xoyda rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi azərbaycanlı körpə Əlihana 227 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: Xoyda rejimin  Vətəndaşlıq Qeydiyyatı İdarəsinin uşağa verilən ada etiraz etməsi səbəbindən Əlihan 227 gündür …

Bir cavab yazın