Şənbə , Sentyabr 26 2026
azfa

Türk ordusu İraqda daha 8 PKK terrorçusunu zərərsizləşdirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın şimalında separatçı terror təşkilatı PKK-nın törətdiyi hücum nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər də yaralanıb.

Hücumdan sonra terrorçulara məxsus  mövqelərə ağır zərbələr endirilib, nəticədə 8 terrorçu zərərsizləşdirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bu ifadələrə yer verilib: ”İraqın şimalındakı Haftanin bölgəsində hərbçilərimizə hücum edən terrorçulara ağır zərbələr endirilib. Əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib”.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın