Türk şəhərin Qürvədə Sarıgüney mədəninin işçiləri etiraz aksiyası keçirdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qürvə məntəqəsinin Baharlı kəndində yerləşən Sarıgünü Qızıl Mədəninin işçiləri etiraz aksiyası keçiriblər.

Qürvədə azərbaycanlı işçilərin etirazına səbəbi yerli fəhlələrin işdən qovulması və bu məsələyə etiraz edən Baharlı Kənd Şurasının iki üzvünün həbs edilməsidir.

Qeyd edək ki, Güney Azərbaycanın Sarıgüney mədənindən ildə üç ton qızıl və bir ton gümüş istehsal olunur. Güney Azərbaycanın bu bölgəsinin mədənlərini talayan İran rejimi yerli əhaliyə mədənin gəlirindən heç nə vermir.

Azərbaycan türklərinə qarşı ayrıseçlik nəticəsində işsizlik və yoxsulluq burada hökm sürür və bu da Baharlı sakinlərinin dəfələrlə etirazına səbəb olmuşdur. Mədən Qürvədə Baharlı, Daşkəsən, Neybənd və Cudaqaya kəndlərinin ərazisində yerləşir.

Qürvə məntəqəsi isə güneydən qədim Azərbaycan şəhəri Sonqorla, quzeydən isə qədim Azərbaycan şəhəri Bicarla qonşudur. Pəhləvi rejimi Azərbaycan ərazisi hesabına Kürdüstan vilayətini yaradanda Bicar və Qürvə məntəqələrini Kürdüstana və Sonquru da Kermanşaha ilhaq etmişdir.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın