Türkiyə 5-ci nəsil döyüş təyyarəsi istehsalında uğurla irəliləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə müdafiə sənayesində proqram əsaslı həllərə imza atan HAVELSAN – Hava Elektronik Sənayesi Qurumu “Milli döyüş təyyarəsi layihəsi”nə daxil edildi.

Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi istehsalı üçün Prezident Aparatı Müdafiə Sənayesi İdarəsi tərəfindən həyata keçirilən Milli Döyüş Təyyarəsi (MMU) layihəsi üçün Türkiyə müdafiə sənayesindəki güc birliyi genişlənir.

HAVELSAN-ın baş direktoru Əhməd Hamdi Atalay verdiyi açıqlamada bildirib: “Milli Döyüş Təyyarəsi qürurlu hadisə olaraq Türkiyəyə şərəf gətirəcək bir layihədir. 5-ci nəsil döyüş təyyarəsi istehsal edən bir neçə ölkə var. İnşaallah, biz də bu ölkələr siyahısına daxil olacağıq. Təyyarə 2023-cü ildə uçuşa tam hazır olacaq. Artıq layihə üçün komanda yaratmağa başlamışıq”.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın