Cümə , Sentyabr 11 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Murtaza Pərvin Kəleybər məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda milli-mədəni fəal Murtaza Pərvin Babək qalası mərasimlərinə qatıldığı üçün Kəleybərin 2 saylı məhkəməsinin 101-ci şöbəsinə çağırılıb. Fəalın yanvar ayının 29-da məhkəməyə müraciət etməsi tələb edilib.

Məlumata görə, fəal Kəleybər Ettelaat İdarəsinin şikayət və iddiaları ilə məhkəməyə verilib. Azərbaycanlı fəala ümumi asayişi pozmaq kimi uydurma ittiham irəli sürülüb.

Qeyd edək ki, 2017-ci il iyun ayının 30-da Babək qalasına yürüş edən yüzlərlə milli-mədəni fəal, rejimin Azərbaycan əleyhinə yürütdüyü ayrıseçkilik siyasətinə etiraz etməklə yanaşı azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb etmişdilər. Murtaza Pərvin həmin mərasimdə daha 11 fəalla birlikdə yaxalanaraq Əhər zindanına aparılmışdır.

Murtaza Pərvin həmçinin 2016-cı ildə siyasi məhbuslara azadlıq tələbi yazılan plakat nümayiş etdirdiyinə üçün ümumi asayişi pozmaq ittihamı ilə 3 ay həbs və 30 şallaq zərbəsinə məhkum edilmişdir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …

Bir cavab yazın