Molla rejimin günahı üzündən Şərqi Azərbaycanda əhalinin azı beşdə biri koronavirusa yoluxub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin Çindən Quma, oradan isə mollalar vasitəsilə Güney Azərbaycana yaydıqları koronavirus Güney Azərbaycanda dəhşətli fəlakətə səbəb olub.

Rejimin rəsmi göstərişi ilə koronavirusa yoluxanların sayının qat-qat azaldılmasına baxmayaraq, Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycanda əhalinin ən azı 18 faizinin koronavirusa yoluxduğunu elan edib. Halbuki, həmin rəqəmin də dəfələrlə kiçildildiyi kimsədə şübhə doğurmur.

Sominin sözlərinə görə, əyalətdə xəstəliyə yoluxanların sayı 8820 nəfərə çatıb. Tibbi universitetinin rektoru həmçinin infeksiyadan ölənlərin sayının 567 nəfərə çatdığını bildirib.

Qeyd edək ki, digər Güney Azərbaycan əyalətlərində də vəziyyətin acınacaqlı olduğu bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

Bir cavab yazın