Urmiyada zindanın bütün bölmələrinə koronavirus yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın Mərkəzi zindanın bölmələrində, 12, 14, 15, Səlamət 1 və 2-də son 5 gündə çox sayda məhbus koronavirusa yoluxub. Lakin irqçi fars rejim bu məsələni ört-basdır edir.

Məhbusların üsyanından qorxuya düşən zindan rəsmiləri 15-ci bölmədən 6 nəfəri, 14-cü bölmədən isə 5 məhbusu müayinə ediblər. Analizlərin nəticəsi müsbət olub.

15-ci bölmədə həbsdə olan Urmiya sakini Fərdin Səyyadi adlı məhbusun 3 həftə öncə koronavirus xəstəsi olmasına baxmayaraq zindana salındığı və hətta mayın 24-də Urmiyanın Taliqani xəstəxanasına köçürüldüyü bildirilir.

Qeyd olunur ki, məhbusların əksəri koronavirusun əlamətlərini daşıyırlar. Lakin rejim onlara qarşı laqeyd yanaşır.

Bu yaxınlarda azərbaycanlı milli-mədəni fəal Qulaməli Hüseyquluzadə də rejim tərəfindən bir illik həbs müddətini çəkmək üçün Urmiya zindanına salınıb. Onun da həyatının təhlükədə olduğu bildirlir.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın