Cümə , Sentyabr 25 2026
azfa

Rejim Urmiyada titan mədəninin qarətinə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiyada titan mədəninin qarətinə başladı. Qərbi Azərbaycanın Sənaye, Mədən və Ticarət Təşkilatının rəis müavini Pərisa Abidpur Urmiyada Qarağac titan mədəninin istismara verildiyini bildirib.

Abidpur həmin mədəndə təxminən 120 milyon ton titan ehtiyatının olduğunu söyləyib. O deyib ki, gələn günlərdən qəti təsbit edilmiş 56 milyon ton titanın çıxarılmasına başlanılacaq.

O deyib ki, ilkin mərhələdə filizin çıxarılacaq, daha sonra isə titandan başqa məhsulların istehsalına başlanılacaq. O istismar prosesi zamanı 40 nəfər üçün iş yeri yaradılacağını bildirib.

Abidpur Qarağac və Kirmanın Kəhnuc mədənlərinin ölkənin ən böyük titan mədənləri olduğunu bildirib.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın mədənlərini talayıb aparıb, mədənlərin əsil sahibi yeli əhaliyə isə geridə yoxsulluq, işsizlik və çirklənmiş ətraf mühit buraxır.

Həmçinin yoxlayın

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Bir cavab yazın