Çərşənbə , Sentyabr 30 2026
azfa

Terrorçu PKK təşkilatı gəncləri Türkiyəyə qarşı zorla cəbhəyə göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK-PYD terror qruplaşması son 2 gün ərzində Afrində 130 gənci zorla silahlandıraraq cəbhəyə göndərib.

Afrin bölgəsində saxlanılan 80, Raco bölgəsində isə 50 gənc heç bir hərbi təlim keçilmədən ön xəttə yollanılıb.

Məlumata görə, terrorçu PKK həmçinin Afrindəki sahibkarlardan Türkiyəyə etiraz nümayiş etdirmək məqsədi ilə zorla dükanlarını bağlamasını tələb edib.

Türkiyənin Afrin əməliyyatına hazırlıq prosesi çərçivəsində Suriya sərhədinə əlavə qüvvələr cəlb etməsindən qorxuya düşən PKK terrorçuları beynəlxalq ictimaiyyətdən yardım istəyib.

PKK-nın Suriya qolu olan PYD/YPG-nin sözçüsü Nuri Mahmud dünya ictimaiyyətindən Türkiyəni dayandırmasını istəyib.

“Afrin yalnız qalmayacaq” ifadəsini səsləndirən Mehmud bütün kürdlərin həmrəylik nümayiş etdirəcəyini bildirib.

Qeyd edək ki, terrorçu PKK tərəfdarları ötən gün Fransanın Paris, Marsel şəhərləri ilə yanaşı İsveçrənin Surix şəhərində yerləşən Türkiyə konsulluqları qarşısında etiraz aksiyaları keçirib.

Həmçinin yoxlayın

İranda hakimiyyətin başında SEPAH-ın nəzarətində olan hökumət dayanır

GADTB: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı və “İranın Nüvə Silahına Qarşı Birlik” təşkilatının …

Skot Besent: İran İslam Respublikasının maliyyə və silah təminatçılarını müəyyən edib ifşa və təcrid edəcəyik

GADTB: ABŞ-ın maliyyə naziri Skot Besent İran İslam Respublikasının silah təchizatı şəbəkələri ilə əlaqəli 10 …

Bir cavab yazın