Cümə , Sentyabr 25 2026
azfa

Ermənilərin Qarabağa köçürüldüyünü sübut edən abidə -Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1978-ci ildə Dağlıq Qarabağda yaşayan erməni icması Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə keçmiş Ağdərə rayonunun Marağa kəndi ərazisində “MARAĞA 150” abidəsi ucaltmışdı.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bu barədə məlumat verib.

Qeyd olunub ki, sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının kəskinləşməsiylə, abidə ermənilər tərəfindən dağıdılıb:

“Ancaq, dağılmağa məruz qalmasına baxmayaraq, abidənin qalıntıları hələ də qalmaqdadır və yeni inzibati ərazi bölgüsünə əsasən, Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində yerləşir. Təmas xəttinə çox yaxın olmasına baxmayaraq, ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir və gedib abidənin qalıqlarını öz gözlərinizlə də görə bilərsiniz”.

Axar.az

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Bir cavab yazın