Cümə axşamı , İyul 30 2026
azfa

BMT Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

 “Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb, dövlətlər arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”.

Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

Dyujarrik vurğulayıb ki, baş katib Azərbaycan və Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, tərəflər arasında maksimum təmkin tələb edir. Bu iki ölkə arasında genişmiqyaslı qarşıdurma fəlakət olar.

Qeyd edək ki, Ermənistan ordusu iyulun 12-də Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqelərinə top mərmisi atışları da daxil hücuma cəhd etmiş, Azərbaycan ordusunun cavab atəşilə itkilər verərək geri çəkilmişdi. Toqquşmada Azərbaycan ordusundan biri leytenant olmaqla 4 əsgər şəhid olmuş, 4 əsgər yaralanmışdı.

Sonrakı günlərdə davam edən qarşıdurmalarda isə Azərbaycan ordusundan biri general-mayor olmaqla 8 əsgər və bir neçə mülki vətəndaş şəhid olmuşdu.

Həmçinin yoxlayın

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …

Azərbaycanlı dənizçilərin olduğu gəmi Odessa sahillərində PUA hücumuna məruz qalıb

GADTB: Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz …

Bir cavab yazın