Çərşənbə axşamı , May 7 2024
azfa

Rejimin müstəmləkə siyasəti nəticəsində koronanın tüğyan etdiyi dövrdə Təbriz susuz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Azərbaycana qarşı müstəmləkə siyasəti bütün sahələrdə olduğu kimi şəhərin su infrastrukturunun zəif olmasında da özünü göstərir.

Korona virusun tüğyan etdiyi dövrdə Təbrizdə su kəsintisi əhalini ciddi təhlükə qarşısında qoyub.

Şəhərdə bir aydan artıqdır su kəsintiləri pandemiya dönəmində həyati önəm daşıyan şəxsi gigiyena qaydalarına əməl etməyi çətinləşdirib.

Şərqi Azərbaycan vilayəti Su və Kanalizasiya Şirkətinin sədri Əlirza İmanlının sözlərinə görə, mövcud içməli su mənbələri artıq Təbrizin ehtiyaclarını qarşılamır.

O deyib: “Keçən 7 il ərzində su istehlakı xeyli artsa da mənbələrin həcmində uyğun artım olmayıb”.

Qeyd edək ki, su kəsintisi və rejimin dağıcıdı siyasətinə görə tətbiq edilən sanksiyalar üzündən koronavirusun tüğyan etdiyi dövrdə dövlətin karantin rejimi tətbiq etməməsi, üstəlik irticaçı rejimin dini mərasimləri məcburi etməsi əhalini fəlakətə sürükləyib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …

Bir cavab yazın