Çərşənbə axşamı , May 5 2026
azfa

İrqçi fars rejimin məmurları tanınmış azərbaycanlı fəalın məzar daşını söküb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları tanınmış azərbaycanlı fəal mərhum Əziz Purvəlinin məzardaşını söküblər.

Rejimin məmurlarının məzar daşını sökməsi daşın üzərində türkcə şeirin yazılmasıdır. Sökülən məzar daşının üzərində Azərbaycan türkcəsində yazılmışdı: Sahibsiz olan məmləkətin batması haqdır

Biz sahib olursaq bu vətən batmayacaqdır.

İrqçi fars rejimin ETTELAAT məmurları ötən aylarda həmin məzar daşının dəyişdirilməsini tələb etmişdilər. Onların bu qeyri-insani və qanunsuz tələblərinə məhəl qoyulmadığı üçün vəhşicəsinə məzar daşını söküblər.

Qeyd edək ki, Əziz Purvəli 2019-cu il mayın 23-də Təbrizdə xəstəlikdən vəfat edib və Təbrizin “Vadi rəhmət” qəbiristanlığında dəfn edilib. Azərbaycanlı fəal Azərbaycan türk millətinin hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə həbsə və təzyiqlərlə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …

Bir cavab yazın