Çinin uyğur türklərinə qarşı törətdiyi cinayətlər sənədlərlə sübut edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BBC-nin yayımladığı videoçarxda Çinin toplama düşərgəsində uyğur türklərinə guya təlim verdiklərinə dair yalanları ifşa olunaraq, onların insanlara verdiyi zülm sübuta yetirilib.

Həmin videoçarxda sənətçi olan Mərdan Qəffar adlı uyğur gənci son günlər Çinin toplama kamlarında uyğurlara qarşı zülmünü mötəbər sənədlərlə dünya ictimaiyyətinə sərgilədi.

M.Qəffar deyib ki, toplama kaplarında zülm verdikləri zamanı onlara Şərqi Türküstan adlı yerin heç bir zaman olmadığını bildirirdilər.

Verilən məlumata görə, Çin kommunist rejimi Virusun tüğyan etdiyi bir vaxtda insanları həbs edərək cinayət düşərgəsinə aparıb və 50 kvadrat metrlik bir kamerada 50-60 adamın bağlandığı bildirilir.

Həbs olunanlar arasında 13-16 yaşlı uşaqların olduğu və Çin polislərinin bu uşaqlara ağır fiziki işgəncə verməsi nəticəsində kresloda oturmaqlarının mümkün olmadığı bildirildi.

Hətta 60 yaşdan yuxarı yaşlıların da gənclərlə eyni şəkildə işgəncələrə məruz qaldıqları və məhkumlardan etmədikləri cinayətlərə görə işgəncə ilə etiraflar alındığı bildirilir. Onları təhqir edib və hətta ayaq yoluna belə saatlarla yalvarıb, təhqirlərə dözdükdən sonra icazə verildiyi ortaya çıxıb.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın